Bank Of Baku

Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub - FOTO - YENİLƏNİB 2

Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub - FOTO  - YENİLƏNİB 2
# 26 sentyabr 2024 21:06 (UTC +04:00)

26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

APA XİN-nə istinadən xəbər verir ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

***

20:21

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb.

APA xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Görüş mediaya qapalı keçib.

***

18:28

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

APA xəbər verir ki, bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

***

10:22

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.

APA ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu gün Nyu-Yorkda yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə saat 18:15) ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR