Bank Of Baku

Oman Asiya Parlament Assambleyasına üzv olub, Belarusun müşahidəçi statusu təsdiqlənib

Oman Asiya Parlament Assambleyasına üzv olub, Belarusun müşahidəçi statusu təsdiqlənib
# 19 fevral 2025 15:03 (UTC +04:00)

Oman Sultanlığına Asiya Parlament Assambleyasına tamhüquqlu üzv statusu təqdim edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Rizvan Nəbiyev eyni zamanda Belarus Respublikasına müşahidəçi statusu barədə məsələni təqdim edib və məsələ qəbul olunub.

Nəticədə Oman Sultanlığına Asiya Parlament Assambleyasına tamhüquqlu üzv, Belarus isə müşahidəçi qismində qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR