Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali Azərbaycana işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, tədbirə qatılan bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.