Bank Of Baku

Özbəkistan Prezidenti: Son geosiyasi gərginliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini bir daha göstərdi

Özbəkistan Prezidenti: Son geosiyasi gərginliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini bir daha göstərdi
# 04 iyul 2025 13:43 (UTC +04:00)

Qarşılıqlı ticarətimizin cari həcmi aşağı olaraq qalır.

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Özbəkistan Prezidenti deyib ki, keçən il ECO üzvləri arasında ticarət dövriyyəsi 94 milyard dollar təşkil edib: “Yaşıl dəhlizlər sistemini yaratmaq vacibdir. Sərmayə mühitini daha da yaxşılaşdırmaq təşəbbüsü ilə çıxış etmişik”.

Şavkat Mirziyoyev qeyd edib ki, son geosiyasi gərginliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini bir daha göstərib: “Çindən başlayan nəqliyyat dəhlizi gələcəkdə Trans-Əfqanıstan nəqliyyat dəhlizi ilə birləşəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR