Bank Of Baku

Özbəkistan Prezidenti: TDT-nin sabahkı sammiti rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq

Özbəkistan Prezidenti: TDT-nin sabahkı sammiti rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq
# 10 noyabr 2022 19:53 (UTC +04:00)

“Sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində”.

APA xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib.

O deyib ki, biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir:

“Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR