Bank Of Baku

Özbəkistan Prezidenti: Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq

Özbəkistan Prezidenti: Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq
# 23 avqust 2026 17:05 (UTC +04:00)

Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Bugünkü iclasda hökumətlərarası komissiyanın həmsədrlərinin ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə ətraflı planlarını dinləyəcəyik. Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr dayanır. Orta dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasını sürətləndirmək lazımdır. Biz bunu İlham Əliyevlə dar tərkibdə də müzakirə etdik və bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR