Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin İşğal (Qara) Günü ilə bağlı tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin, səfirliyin nümayəndələri, Bakıda yaşayan bəzi pakistanlılar və media mənsubları iştirak ediblər.
Əvvəlcə, 1947-ci ilin oktyabrın 27-də Hindistanın işğalını və zərər çəkmiş əhalinin statistikasını, eyni zamanda, 2019-cu ilin 5 avqust hadisələrini özündə əks etdirən videoçarx nümayiş edilib.
Qasım Mohiuddin çıxışında Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirin acınacaqlı tarixindən söhbət açıb. O, həmçinin Pakistanın Hindistanın işğalı altında olan Cammu və Kəşmirin məzlum xalqına göstərdiyi davamlı dəstəyə görə qardaş Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.