“Ağdama səfərim başlayan andan çox böyük şok keçirdim, burada gördüyüm evlərin, sosial infrastrukturun dağıdılması, məhv edilməsini başqa heç yerdə görməmişəm, belə vəhşilikləri heç yanda eşitməmişəm”.
APA xəbər verir ki, bunu Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçısı olan Pakistanın əyalət ombudsmanı Nəzər Məhəmməd Ağdama səfər zamanı deyib.
O qeyd edib ki, Ermənistan tərəfindən hər yer dağıdılıb, hər tərəf minalanıb, sivil insanların məhvinə yönəlmiş bütün qeyri-insani, beynəlxalq humanitar hüquq normalarına zidd olan əməllər törədilib: “Mən bir çox beynəlxalq təşkilatlarla əlaqədəyəm və onlara da, eyni zamanda, digər müsəlman ölkələrinə də müraciət edəcəyəm ki, bu məsələlər dünya ictimaiyyətinə çatdırılsın. Eyni zamanda bu yenidənqurma işində Azərbaycana dəstək olmaq üçün müəyyən biznes strukturlarını da dəvət edəcəyik. Azərbaycan xalqı mərd və qəhrəman xalqdır, öz torpaqlarını işğaldan azad edib və həmin torpaqları yenidən qurub inkişaf etdirəcək, çiçəkləndirəcək. Biz bu prosesdə Azərbaycanın haqq mövqeyinin yanındayıq”.
Hacı Cavadov
Habil Aslanoğlu