Peskov: Rusiya və Azərbaycan münasibətləri inkişaf etdirmək istəyinə malikdir

Peskov: Rusiya və Azərbaycan münasibətləri inkişaf etdirmək istəyinə malikdir
# 22 aprel 2024 13:24 (UTC +04:00)

Azərbaycan Rusiya Federasiyasının dostu və tərəfdaşıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan əməkdaşlığın inkişafı üçün böyük potensiala və münasibətləri inkişaf etdirmək istəyinə malikdir.

“Bu, bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir və bizim çoxlu ortaq maraqlarımız var, bizim əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hər cür davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”, deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR