Peter Siyarto: Macarıstanın enerji tələbatı Türk dövlətləri olmadan təmin oluna bilməzdi

Peter Siyarto: Macarıstanın enerji tələbatı Türk dövlətləri olmadan təmin oluna bilməzdi
# 21 may 2025 14:29 (UTC +04:00)

Macarıstanın enerji tələbatı Türk dövlətləri olmadan təmin oluna bilməzdi.

APA-nın xəbərinə görə, bunu Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra keçirilən mətbuat konfransında Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz reallıqdan uzaq, enerji təminatı məsələsini siyasi məsələ kimi görmək məqsədi daşıyan səyləri görürük. Ancaq belədə evi qızdıra bilmirsən. Əgər “Türk axını” boru kəməri inşa edilməsəydi, bu gün Macarıstana təbii qazın verilməsi fiziki cəhətdən mümkün olmazdı”, - Peter Siyarto vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR