Bank Of Baku

Politoloq: ABŞ Azərbaycana qarşı milli dəyərlərə böyük təhlükə olan LGBD, “feministlər” və “NO WAR”çılardan istifadə etməyə çalışır

Yeganə Hacıyeva

© APA | Yeganə Hacıyeva

# 17 sentyabr 2023 12:23 (UTC +04:00)

Son illər qlobal səviyyədə cəmiyyətlərin ideoloji boşluğunda ən çox təşviq edilən ideologiyalardan biri də feminizmdir və o öz tarixində siyasi ideologiya və ictimai-siyasi hərəkat kimi bir neçə inkişaf mərhələsi keçib.

Bunu APA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Yeganə Hacıyeva deyib ki, radikal feminizm genderin, cinsi statusun rolunu və fərdin temperamentini təbiət qanunlarında deyil, patriarxat şəraitində formalaşmış sosial konstruksiyaların nəticəsi kimi dəyərləndirir: "Qadın və kişiyə xas olan rol və davranışları mübahisələndirən radikal feministlər iddia edir ki, patriarxat kişilər arasındakı həmrəylik və əlaqələr vasitəsilə təşkil olunduğundan, qadınlar arasında birlik və həmrəylik onların azadlığı uğrunda mübarizədə yeganə təsirli vasitədir. Bunun üçün ənənəvi ailə modeli, ənənəvi qadın və kişi stereotiplərinin gözdən salınması və sındırılması radikal feminizmin əsas hədəflərindən biridir. Son illər feminist incəsənəti, feminist mənəviyyatı, feminist mətbəxi, feminist ekologiyası və s. kimi fikirlər daha çox səsləndirilməkdədir ki, bütün bunlar da feministlərin təbirincə desək, patriarxat sosial konstruksiyalarda qurulmuş dünyanın maddi-mənəvi resurslarının yenidən bölüşdürülməsində yeni üsullardır. Bu bölgü isə kişilərlə qarşılıqlı konsensus əsasında deyil, qadınlar arasında qarşılıqlı yardımın təmin edilməsi prinsipi ilə qurulmuş siyasi, ictimai institutlar, qadın kooperativləri, qadın klinikaları, klubları, qadın sığınacaqları və s. kimi yeni feminist sosial infrastrukturların formalaşdırılması ilə kişiləri hakimiyyətdən və imtiyazlardan məhrum etməklə həyata keçirilməyi nəzərdə tutulur”.

Politoloq qeyd edib ki, radikal feministlər separatizmi dəstəkləyir: "Bu ilin əvvəlində Qarabağda resursların talanması əleyhinə Laçın yolu üzərində Azərbaycanlı ekoaktivistlərin etiraz aksiyaları ilə paralel olaraq bütün dünyada erməni lobbisi və bu imkanı Azərbaycana qarşı istifadə etmək istəyən dairələrin “Xankəndi blokadası” və “aclıq realiti şousu” təbliğatı ilə səfərbər olunması və beynəlxalq donor təşkilatlarının isə bu təşəbbüsləri dəstəkləməsi üçün donor kisəsinin ağzını səxavətlə açması da unudulmamalıdır. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən keçən üç ildə beynəlxalq donor təşkilatlar Azərbaycana hədəflənmiş qrant müsabiqələrinə bir sıra dəyişikliklər edib. Əvvəldən dəstəklənən spesifik sahələrin arealı genişlənib, ənənəvi demokratiya, media, hüquqi maarifləndirmə, ifadə azadlığı, ictimai və siyasi iştirakçılıq və s. kimi mövzulara bir də antimilitarist hərəkatların dəstəklənməsi əlavə olunub. Ölkə daxilində militarizm və müharibənin bir çox formalarına qarşı vətəndaş aktivliyini dəstəkləyəcəklərini bildirən donorlar burda şərt kimi yerli şəraitə uyğun şəkildə mübarizə aparan aktivistlərə fərdi və ya kollektiv fəaliyyət qurmağa, onlara beynəlxalq koalisiyalarla əlaqələr qurmağa kömək edəcəklərini elan ediblər. Donorlar bu aktivliyin yerli proseslərə beynəlxalq təsir göstərmək kimi bir məqsəd olmasını heç gizlətmirlər. Qərb donor və QHT dairələrinin dəstəklədikləri bu LGBD, radikal feminist qrupların tədbirlərində toxunulan mövzular Azərbaycanın əleyhinə, radikal separatizmi dəstəkləyən Ermənistanın isə xeyrinə olur. Bu tezislər radikal femenistlərin mübarizə üsullarındakı prinsiplərdə də öz əksini tapıb. Çağırış isə feminist həmrəylik üçün deyil, Azərbaycana qarşı birləşin çağırışı kimi səslənir. Son illər ölkədə LGBT, feminist və posifistlər-novarçıların birgə fəaliyyəti izlənilir. Bir birlərinə media dəstəyi, yeri gələndə trolluq edirlər”.

Yeganə Hacıyeva vurğulayıb ki, ABŞ da uzun illər Azərbaycanda hakimiyyətə təzyiq yolunu seçib, bəzi məqamlarda hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib: “Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı. ABŞ Azərbaycanı “suriyalaşdırmağa” cəhdlər edib, ölkənin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlanıb. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, antiazərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR