Politoloq: Norveç neft-qaz hasilatından milyardlar qazanır, amma ekologiya problemlərinə etinasız yanaşır

Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri

© APA | Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri

# 12 oktyabr 2024 12:23 (UTC +04:00)

Norveç təmsilçiləri COP-29-da iqlim dəyişikliyi ilə bağlı baxışlarını beynəlxalq aləmə tanıtmaq imkanından özlərini məhrum etdilər.

Bunu APA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu deyib ki, hansısa ölkə, o cümlədən Norveç iqlim dəyişikliyi ilə bağlı Bakda keçiriləcək COP29 tədbirinə qatılmırsa, bu, həmin dövlətin seçimidir: “Norveçin tədbirə qatılmamasının iki səbəbi ola bilər. Birinci səbəb Norveçin Azərbaycanla münasibətlərə önəm verməməsidir. Norveç bir neçə il əvvəl Bakıdakı səfirliyinin fəaliyyətini dayandırdı, neft şirkəti “əsrin müqaviləsindəki” payını satdı. İkinci səbəb Oslonun iqlim dəyikliyi mövzusuyla maraqlanmamasıdır. Əgər Norveçin COP29-a qatılmaması Azərbaycanın siyasəti ilə bağlıdırsa, bu, məntiqi yanaşma deyil. Çünki, Bakı toplantıya sadəcə ev sahibliyi edir. Tədbir Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında keçirilir. Belə çıxır ki, Norveç BMT tədbirini heçə sayır. Halbuki, bölgənin əsas neft və qaz istehsalçılarından biri olan Norveç özü iqlim dəyişikliyi mövzusuna maraq göstərməlidir. Çünki Avropada ən çox neft və qaz hasil edən, ekologiyaya zərbə vuran, kontinenti çirkləndirən ölkədir. Milyardlarla vəsait qazanır, amma ekologiya, iqlim dəyişikliyi probleminə etinasız yanaşır. Norveç təmsilçiləri COP-29-da iqlim dəyişikliyi ilə bağlı baxışlarını beynəlxalq aləmə tanıtmaq imkanından özlərini məhrum etdilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR