Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək, Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı olacaq

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 18 iyun 2025 15:57 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 19-da Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı olacaq.

Fahrettin Altun qeyd edib ki, səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR