Bank Of Baku

Prezident: "Pakistan haqq işində həmişə Azərbaycanın yanında olub, bundan sonra da belə olacaq"

Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan Prezidenti Arif Alvi

© APA | Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan Prezidenti Arif Alvi

# 04 iyun 2021 12:10 (UTC +04:00)

“Dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir”.

APA-nın məlumatına görə, bunu Pakistan Prezidenti Arif Alvi Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edən zaman deyib.

Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb: "Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb. Qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR