Bank Of Baku

Prezidentin köməkçisi: Aİ-nin Ermənistanı regional müstəvidən qoparmağa çalışdığını görürük

Prezidentin köməkçisi: Aİ-nin Ermənistanı regional müstəvidən qoparmağa çalışdığını görürük
# 13 mart 2025 13:10 (UTC +04:00)

İstərdik ki, Avropa İttifaqının (Aİ) bizim regiona qarşı yeni siyasətini görək. Aİ-nin Cənubi Qafqazda siyasəti bir ölkə ilə yekunlaşmamalıdır.

APA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşımövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Aİ-nin Ermənistanı silahlandırması, onu regional müstəvidən qoparmağa çalışdığını görürlər: “Amma biz çalışacağıq ki, Aİ-nin siyasəti regional səviyyədə olsun”.

Prezidentin köməkçisi onu da bildirib ki, postsovet məkanında yeni reallıq göz qarşısındadır: “Azərbaycan yeni reallıqların etibarlı tərəfdaşıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR