Bank Of Baku

Prezidentin köməkçisi Azərbaycan-Rusiya münasibətlərindən danışıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

© APA | Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

# 01 dekabr 2025 12:04 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.

APA-nın xəbərinə görə, Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Moskva qarşısında dörd əsas məsələni istəyib: rəsmi üzr, tam istintaq, məsul şəxslərin məsuliyyətə cəlb olunması və kompensasiya.

“Bu məsələlər həll olunduqdan sonra anlaşılmazlıqlar səhifəsini çevirir və iki ölkə arasında normal qonşuluq münasibətlərinə davam edirik”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR