Bank Of Baku

Prezidentin köməkçisi xarici səyyahlarla görüşüb - FOTO

Prezidentin köməkçisi xarici səyyahlarla görüşüb - FOTO
# 18 fevral 2022 18:35 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“3 günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR