Bank Of Baku

Professor: İslamofobiya siyasi-ideoloji məqsəd üçün uydurulmuş bir məfhumdur

Professor: İslamofobiya siyasi-ideoloji məqsəd üçün uydurulmuş bir məfhumdur
# 08 mart 2024 13:35 (UTC +04:00)

İslamofobiya siyasi-ideoloji məqsəd üçün uydurulmuş bir məfhumdur.

APA xəbər verir ki, bunu Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin Beynəlxalq Əlaqələr və Araşdırma üzrə direktoru professor Bülent Aras Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

"Beynəlxalq sistem artıq böyük bir böhran içindədir. Çoxqütblü dünyadayıq artıq. Bu bir az da nəzarətsiz dünya deməkdir", - o əlavə edib.

Direktor dünyada düzənin pozulması hallarına diqqət çəkib:

"Beynəlxalq Ədalət Məhkəməsi, məsələn, İsrailə, sadəcə, tövsiyə verir - Qəzzada bunu belə etmə, belə et. Amma bu, belə olmalı deyil. Konkret addım atılmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR