Bank Of Baku

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır
# 09 oktyabr 2025 16:26 (UTC +04:00)

Ötən ilin dekabrında Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır və faciənin səbəbləri artıq tam aydındır.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“İstintaq başa çatır və indi bütövlükdə bu faciənin, bu fəlakətin səbəbləri haqqında danışmaq olar. Bu, bir neçə halla əlaqədardır”, - Rusiya Prezidenti qeyd edib.

Onun sözlərinə görə, birinci hal səmada Ukrayna dronunun olmasıdır, “ikinci səbəb isə Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin özünün texniki nasazlıqlarıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR