Bank Of Baku

Putin: “Rusiyanın Dağlıq Qarabağda nizamlanmaya töhfəsi həlledici olub”

Vladimir Putin

© APA | Vladimir Putin

# 23 iyun 2021 10:22 (UTC +04:00)

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında nizamlanmaya verdiyi töhfə həlledici olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına video-müraciətində bildirib.

“Dağlıq Qarabağda münaqişənin dayandırılması Rusiyanın qətiyyətli töhfəsi əsasında mümkün olub”, - deyə V. Putin vurğulayıb.

V. Putin qeyd edib ki, Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi inamla təmin edir, humanitar vəziyyətin yaxşılaşması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görür.

Video-müraciət Kremlin saytında yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR