Pyotr Tolstoy Azərbaycana Asiya Parlament Assambleyasında sədrliklə bağlı uğurlar arzu edib

Pyotr Tolstoy Azərbaycana Asiya Parlament Assambleyasında sədrliklə bağlı uğurlar arzu edib
# 22 fevral 2024 12:34 (UTC +04:00)

"Azərbaycan Parlamentinə qarşıdakı iki ildə assambleyaya sədrlikdə uğurlar arzu edirəm".

APA xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında deyib.

Sədr müavini Qəzzadakı humanitar fəlakətə diqqət çəkib.

"On minlərlə insan həlak olub. Evlər, xəstəxanalar dağıdılıb. Fələstinlilərə göndərilən humanitar yardım bəs etmir. Biz humanitar yardım fəaliyyətimizi davam etdirəcəyik. Lakin bu, sözsüz, kifayət deyil. Qərbin, ABŞ-nin mövqeyi süni təsir bağışlayır".

Petr Tolstoy Rusiyanın Ukraynada apardığı müharibəyə də toxunub.

"Rusiya yalan və böhtanla, ikili standarlarla müharibə aparır və bu müharibəni biz başlatmamışıq. Haradakı qaydaları ABŞ tətbiq edir, biz onu tanımırıq, tanımayacağıq. Mən sual edirəm: bu haqqı ABŞ-yə kim verib?"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR