Bank Of Baku

Qazaxıstan Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek

© APA | Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek

# 04 mart 2025 11:56 (UTC +04:00)

Qazaxıstanda böyük boş ərazilər var və bu ərazilərdə xarici universitetlərin filiallarını açmaq üçün dövlətimiz dəstək verməyə hazırdır.

APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, Qazaxıstan da Azərbaycanın əməkdaşlıq etdiyi xarici universitetlərlə əməkdaşlıq etmək istəyir.

"Dünən Qazaxıstanın Baş naziri də Bakıya səfər etdi, o, səfər çərçivəsində Azərbaycanın Baş naziri ilə görüşüb. Azərbaycanın Baş naziri Əli Əsədov təyyarə qəzasının araşdırılmasındakı köməyə görə, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenova təşəkkür edib. Bu bir daha göstərir ki, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir, biz dost-qardaş ölkələrik. Qazaxıstanda böyük boş ərazilər var və bu ərazilərdə xarici universitetlərin filiallarını açmaq üçün dövlətimiz dəstək verməyə hazırdır. Eyni zamanda, biz Azərbaycanın əməkdaşlıq etdiyi xarici universitetlər, məsələn, İtaliya universitetləri ilə də əməkdaşlıq etmək istəyirik. Xarici universitetlərlə əməkdaşlıq bizim tədqiqat sahəsində inkişaf etməyimizə səbəb olacaq. Qazaxıstanda nadir metallar mövcuddur. Bu sahədə də Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindəyik", - qazaxıstanlı nazir deyib.

O vurğulayıb ki, Qazaxıstan Azərbaycanla ali təhsil sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR