Bank Of Baku

Qazaxıstan Prezidenti: "Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda səmərəli qarşılıqlı fəaliyyət göstərir"

Qazaxıstan Prezidenti: "Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda səmərəli qarşılıqlı fəaliyyət göstərir"
# 24 avqust 2022 17:09 (UTC +04:00)

“Mən Bakıya xüsusi missiya ilə gəlmişəm - əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası. Sevindirici haldır ki, son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Lakin qeyd etmək istərdim ki, bu, arxayınlaşmağa əsas vermir, çünki fikrimcə, ticarəti artırmaq üçün hər halda imkanlar var”.

APA xəbər verir ki, bunu avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirib. O deyib ki, ölkələrimizin hökumətləri məhz bu istiqamətdə işləməlidirlər ki, mənim fikrimcə, artıq lap yaxın vaxtlarda biz ölkələrimiz arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilək:

“Siz düzgün qeyd etdiniz ki, Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur. Bu da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR