Qoşulmama Hərəkatının Bakıda keçiriləcək 18-ci Zirvə Toplantısında 4 yekun sənədin qəbulu gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir.
Nazir müavini qeyd edib ki, ilk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.