Bank Of Baku

Qvadelupalı fəal: Fransa hakimiyyəti özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər

M.Florent

© APA | M.Florent

# 25 oktyabr 2024 15:47 (UTC +04:00)

Fransanın müstəmləkə siyasətinə qarşı çıxan qvadelupelilər, martinikalılar və kanaklar cinayətkar kimi təqdim edilir.

APA xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Floran Ali Meril deyib.

“Bu, Fransa hakimiyyətinin müstəmləkə xalqlarına qarşı irqçi münasibətinin göstəricisidir. Onlar özlərini üstün irq, müstəmləkə xalqlarını isə aşağı səviyyədə görürlər. Fransa hökuməti və siyasəti birmənalı şəkildə qınanmalıdır. Biz beynəlxalq İctimaiyyəti Fransadan başqalarına tətbiq etmək istədiyi insan hüquqları dərslərinə özlərinin də riayət etməsinə tələb etməyə çağırırıq. Yaşamaq, sağlamlıq, iş, təhsil və sağlam qidalanma hüquqlarımız danışıqlar mövzusu deyil. Müstəmləkə hakimiyyəti bizim hüquqlarımıza nəzarət etmək səlahiyyətinə malik deyil”, - deyə o əlavə edib.

Floran Ali Meril deyib ki, mübarizələri milli müstəqillik və tam suverenlik əldə etmək uğrundadır:

“Bu mübarizə yalnız Fransanın müstəmləkə hakimiyyətinin sona çatması ilə nəticələnə bilər. Əgər beynəlxalq ictimaiyyət bu gün Qvadelupanı dekolonizasiya olunacaq ölkələr siyahısına daxil edərsə və bizi müstəmləkə əsarətindən qurtulmaq yolunda dəstəkləyərsə, bu mübarizəmiz üçün böyük irəliləyiş olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR