Bank Of Baku

Rəşad Məmmədov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Rəşad Məmmədov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
# 23 yanvar 2025 18:31 (UTC +04:00)

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin Bakıya yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.

APA xəbər verir ki, bu barədə Rəşad Məmmədov “X” hesabında paylaşım edib.

Səfir bildirib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə danışıqlar aparılıb: “Cənab səfirlə görüşümüz zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında danışdıq və onların inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi apardıq. Əminəm ki, biz qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün hörmətli həmkarımla sıx əməkdaşlıqda əlimizdən gələni edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR