Bank Of Baku

Rəsmi Bakı: Azərbaycanın "vahid Çin" siyasəti üzrə mövqeyi dəyişməzdir, Tayvanın müstəqilliyini tanımırıq

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə

© APA | Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə

# 30 dekabr 2025 12:04 (UTC +04:00)

Bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycan Respublikasının "vahid Çin" siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətlə bağlı medianın sualına cavabında deyib.

“Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”, - XİN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR