Bank Of Baku

Ruandalı ictimai birlik direktoru: Azərbaycan bu forumu da mükəmməl təşkil edib

Ruandalı ictimai birlik direktoru: Azərbaycan bu forumu da mükəmməl təşkil edib
# 29 aprel 2025 12:40 (UTC +04:00)

"Azərbaycan digər tədbirlərdə olduğu kimi, bu forumu da son dərəcə mükəmməl təşkil edib".

Bunu APA-ya açıqlamasında Ruandanın "Dukataze" İctimai Birliyinin icraçı direktoru Amina Umuhoza deyib.

O əlavə edib ki, tədbir ehtiyacı olan xalqların səsini qlobal məcrada çatdırmaq baxımından vacib missiyanı üzərinə götürüb:

"Azərbaycanda keçirilən bu mühüm tədbirin bir parçası olmaqdan qürur duyuram. Bu forum iştirakçı ölkələrin qarşılaşdığı sosial-iqtisadi problemlərin müzakirəsi baxımından vacibdir. Hesab edirəm ki, problemlər üzrə təkcə fikir mübadiləsi aparılmamalı, həm də onların həlli üzrə konkret addımlar təklif edilib atılmalıdır. Nəhayət ehtiyacı olan ölkə və xalqların səsi məhz belə tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR