Bank Of Baku

Rumıniya XİN Aİ missiyasının sərhədə yerləşdirilməsinə münasibət bildirib

Boqdan Auresku

© APA | Boqdan Auresku

# 17 oktyabr 2022 12:35 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) mülki missiyası Azərbaycan-Ermənistan arasında inamı gücləndirmək üçün vacib addımdır.

APA xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku jurnalistlərə deyib.

“Mən Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi müzakirə olunacaq monitorinq missiyası barədə bir neçə söz demək istərdim. Bu tərəflər arasında inamı gücləndirmək üçün irəliyə doğru çox vacib bir addımdır. Vurğulamaq istəyirəm ki, mən 2021-ci ilin iyununda Avstriya və Litvadan olan həmkarlarımla Cənubi Qafqaza səfər edərkən bunu təklif etmişdik”, - Rumıniya XİN rəhbəri xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR