Rusiya XİN: 9 noyabr 2020-ci il üçtərəfli razılaşması öz aktuallığını qoruyur

Rusiya XİN: 9 noyabr 2020-ci il üçtərəfli razılaşması öz aktuallığını qoruyur
# 25 aprel 2024 13:52 (UTC +04:00)

Rusiya, Azərbaycan və Ermənistan arasında olan kompleks üçtərəfli razılaşmalar qüvvədədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, erməni jurnalistin “Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılmasından sonra 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşməsi ilə bağlı sualına belə cavab verib:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları öz aktuallığını qoruyub saxlayır. Tərəflərdən heç biri onlardan rəsmi şəkildə imtina etməyib”, - Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR