Bank Of Baku

Rusiya XİN: Azərbaycanla Avrasiya İqtisadi İttifaqının əməkdaşlıq potensialı olduqca yüksəkdir

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 31 avqust 2022 13:21 (UTC +04:00)

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun hər hansı bir formatda inkişafı sözsüz ki, bütün region üçün hiss olunan effekt verər”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Öz tərəfimizdən Azərbaycan Baş nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndiririk. Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini götürürük. Eləcə də, hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq. Əminik ki, Azərbaycanla Aİİ arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR