Bank Of Baku

Rusiyadan Azərbaycana tədarük edilən “Sputnik V” vaksinlərinin sayı açıqlanıb

Rusiyadan Azərbaycana tədarük edilən “Sputnik V” vaksinlərinin sayı açıqlanıb
# 23 fevral 2022 00:44 (UTC +04:00)

“Biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik.”

APA xəbər veri ki, bu sözləri Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Mixail Mişustin deyib ki, Rusiyadan Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərdən ibarət briqadalar göndərilib.

“Bu günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək”,- deyə M. Mişustin qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR