Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək

Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək
# 05 mart 2024 01:36 (UTC +04:00)

Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.

APA xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

O, səfər çərçivəsində Baş nazir Əli Əsədov və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.

Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR