Bank Of Baku

Rusiyanın Baş Qərargah rəisi: Azərbaycan və Ermənistan münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir

Rusiyanın Baş Qərargah rəisi: Azərbaycan və Ermənistan münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir
# 18 dekabr 2024 16:02 (UTC +04:00)

Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan o cümlədən Moskvanın səyləri sayəsində ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

Gerasimov qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərinə qarşılıq olaraq Rusiya Cənubi Qafqaz regionunda konstruktiv tədbirlər həyata keçirir: "Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır".

Rusiya SQ-nin Baş Qərargah rəisinin sözlərinə görə, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında dövlətlərarası ayırıcı xəttinin ən çətin hissələrindən birinin demarkasiyası artıq başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR