Bank Of Baku

Rutte: Gürcüstandakı gərginlik fonunda Ermənistan-Azərbaycan münasibətləri "daha yaxşı" görünür

NATO-nun Baş katibi Mark Rutte

© APA | NATO-nun Baş katibi Mark Rutte

# 25 noyabr 2025 10:46 (UTC +04:00)

NATO Gürcüstanda baş verənlərdən narahatdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte “Azadlıq radiosu”na müsahibəsində bildirib.

O, Gürcüstandakı vəziyyət barədə söhbət getdikdə sadəlövh olmadığını qeyd edib.

“Biz çox narahatıq və bu barədə gürcülərə aydın bildirmişik. Onlarla əməkdaşlıq edirik və fikrimcə, bu əməkdaşlıq narahatlığımızı ifadə edə biləcəyimiz kanalı təmin etməyə xidmət edir. Gəlin, məsələyə bütövlükdə baxaq, çünki Gürcüstanla yanaşı biz Ermənistan və Azərbaycan arasında baş verənləri də görürük. Burada vəziyyət o cümlədən prezident Trampın gördüyü işlər sayəsində daha yaxşıdır. Buna görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim”, - Rutte deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR