“10 il bundan öncə qlobal strateji məsələlərin müzakirələri dünyanın digər müxtəlif mərkəzlərində həyata keçirilirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qlobal Bakı Forumu Azərbaycanın paytaxtını dünya xəritəsində qlobal strateji məsələlərin müzakirə edildiyi və həll olunduğu mərkəzlərdən birinə çevirib”.
APA xəbər verir ki, bu haqda Gürcüstan Baş nazirinin keçmiş müavini, ədliyyə, xarici işlər və reinteqrasiya məsələləri üzrə nazir vəzifələrində işləmiş Eka Tkeşelaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzin 10 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mərkəzin ən vacib nailiyyətləri sırasında müxtəlif ölkələrin diplomatların arasında dialoq və müzakirələrin aparılması üçün platformanın yaradılması mühüm yer tutur.
“Bakı qlobal problemlərin həll yollarını araşdırmaq məqsədilə müxtəlif ölkələrin siyasi xadimlərini bir araya gətirən şəhərə, həmçinin, bu problemlərin həlli üçün dünya xəritəsində mühüm mərkəzlərdən birinə çevrilib”, - o qeyd edib.
Eka Tkeşelaşvili çıxışının yekununda vurğulayıb ki, bundan da çox iş görmək olar.