Paşha Bank
Bank Of Baku

Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək

Qırğızıstan Prezidenti Sadır Japarov

© APA | Qırğızıstan Prezidenti Sadır Japarov

# 08 oktyabr 2026 10:58 (UTC +04:00)

Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrlik etməsi birgə fəaliyyətimizə yeni təkan verəcək.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin 2027-ci ildə Məşvərət Görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik edib.

“Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə lazımi dəstəyi göstərməyə hazırdır”, – Sadır Japarov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR