Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib
# 18 may 2025 21:59 (UTC +04:00)

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib.

APA xəbər verir ki, dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR