Bank Of Baku

Şamil Ayrım: "Minsk Qrupu buraxılmalıdır”

Şamil Ayrım: "Minsk Qrupu buraxılmalıdır”
# 11 aprel 2025 15:27 (UTC +04:00)

"Türkiyə-Azərbaycan münasibətləri iki qardaş arasındakı münasibətlər kimi səmimi şəkildə davam edir”.

APA-nın Antaliyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün günortadan sonra burada bütöv Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş lider olaraq çıxış edəcək: “Azərbaycan və Ermənistan arasındakı məsələ artıq sona çatmaq üzrədir. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır, bunlar qəbuledilməzdir. Çünki Konstitusiyasında başqa dövlətə qarşı ərazi iddiası olan ölkə ilə sülh müqaviləsi imzalanması asan deyil. Digər tərəfdən Minsk Qrupu da buraxılmalıdır. Azərbaycan şəhid verib, torpaqlarını özü geri alıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR