Bank Of Baku

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
# 28 avqust 2026 19:26 (UTC +04:00)

28 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasında səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Belarus Respublikasının xarici işlər naziri Maksim Rıjenkov tərəfindən qəbul edilib.

Görüş zamanı, iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Belarus arasında dostluq münasibətlərinə söykənən strateji tərəfdaşlıq əlaqələrinin inkişafında iki ölkə liderlərinin rolu xüsusi vurğulanıb.

Daha sonra, Azərbaycan Respublikası və Belarus Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Belarus tərəfindən isə xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.

Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR