Bank Of Baku

Şarl Mişel Aİ-yə yeni üzvlərin qəbulunun mümkünlüyünə münasibət bildirib

Şarl Mişel Aİ-yə yeni üzvlərin qəbulunun mümkünlüyünə münasibət bildirib
# 13 mart 2025 12:57 (UTC +04:00)

Aİ-nin tarixinə nəzər yetirsək görərik ki, biz hər zaman bağlantıların qurulmasında müsbət rol oynamışıq.

APA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel “Aİ-yə yeni üzvlərin qəbulu mümkündürmü?” sualına cavabında deyib.

O bildirib ki, Aİ daha çox əlaqələr qurmalı, regional müstəvidə daha çox çıxış etməlidir: “Biz öz maraqlarımızı siyasətimizdə müdafiə etməliyik. Bəzi layihələri yeni tərəfdaşlarla həyata keçirə bilərik. Dünyanın qalan hissəsinə laqeyd münasibət bəsləməli deyilik. Çalışmalıyıq ki, əlaqələri inkişaf etdirək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR