Bank Of Baku

Şarl Mişel: Avropalılar özlərinə inamla yanaşmalı, ümumi cəbhədən çıxış etməlidirlər

Şarl Mişel: Avropalılar özlərinə inamla yanaşmalı, ümumi cəbhədən çıxış etməlidirlər
# 13 mart 2025 12:52 (UTC +04:00)

"Mən 10 il Avropa İttifaqında işlədim, bu gün həmin sahənin veteranı sayılıram”.

APA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.

O bildirib ki, dövri olaraq Aİ hökumətlərini bir araya gətiriblər: “Biz Aİ-nin muxtariyyətini, müstəqilliyi məsələsini qaldırırdıq. Əlbəttə təhlükəsizlik məsələsinə də çalışırdıq".

Şarl Mişel qeyd edib ki, 5 il öncə artıq müstəqil qərarların qəbul edilməsi ilə bağlı çağırışlar edilirdi, indi isə artıq bu, tələb kimi qoyulur: "Avropalılar heç vaxt görünmədiyi kimi özlərinə inamla yanaşmalıdır. Ümumi cəbhədən çıxış etməliyik. Biz bir-birimizə etimad etməliyik, birləşəndə güclü oluruq. Bizim maraqlardan geri dönmək seçimimiz yoxdur. Burada hər hansı geriləmə, dəstəkdən kənara çıxma imkanları olmalı deyil. Biz Avropayıq və Avropa olaraq yekdil olmalıyıq. Əgər biz beynəlxalq hüquqa olan inamı gücləndirmək istəyiriksə, həmrəy olmalıyıq. Əgər belə olmasa, sadəcə pərakəndə fəaliyyət göstərəcəyik, Ukrayndadakı hadisələrdən sonra daha pis fəsadlarla üzləşəciyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR