Səfir: Fələstin Dövlətinin qanunsuz işğalına son qoymadan uzunmüddətli sülhə nail olmaq mümkün deyil

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim

© APA | Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim

# 09 oktyabr 2024 16:59 (UTC +04:00)

Epik miqyasda böyük ölçülü, bənzəri görünməmiş fəlakətli hadisənin başlanmasından bir il keçir. Belə ki, İsrail aramsız olaraq on minlərlə fələstinli uşaq, qadın və kişini qətlə yetirməklə bəşəriyyətin nəsillər boyu şahidi olduğu ən sadist zorakılıq epizodlarından birini davam etdirir. Qəzzadakı soyqırım dünya nizamını diz çökdürüb və bunun bölgə və dünya üçün ağır nəticələr doğura biləcəyi anlamına gəlir.

Müxtəlif formalarda misli görünməmiş, İsrail liderlərinin bunu törətmək niyyətləri haqqında ictimai bəyanatları, İsrail əsgərlərinin həmin müharibə cinayətlərini həyata keçirərkən göstərdikləri eyforik göstəriş, media platformalarında İsrailin ictimai çıxışları boyunca Qəzzadakı fələstinliləri məhv etməyə çağıran sevincli soyqırım çağırışları və dəhşətli barbarlığı, bunların hər biri insanların nə vaxtsa çata biləcəkləri, mənəviyyatının ən aşağı əxlaqi səviyyəsinə enən rəzil bir müstəmləkəçi zehniyyatının göstəcisidir.

Bu vəhşilik torpaqların vəhşicəsinə yandırılması üsulu ilə mülki əhalinin amansız bombardman edilməsi ilə məhdudlaşmır, burada 42 000-dən çox insan birbaşa öldürülüb, onların arasında 16 864 uşaq var ki, cəsədləri tanınmaz hala gətirilib, BMT Baş katibinin səsləndirdiyi “Qəzza uşaqlar üçün qəbiristanlıqdır” ifadəsi bu səbəbdəndir. Qəzzadakı fələstinli körpələrin etdiyi kimi məhv ediləcəklərini gözləyərkən uşaqların vəsiyyətnamələrini yazmaları insanlığın tamamilə çöküşüdür.

İsrail ordusunun tərzi və bir çox individual hallarda öz cinayətlərindən aldıqları zövq tükürpədicidir, fələstinliləri həzz naminə qətlə yetirirlər, necə ki, 7 yaşlı fələstinli qız Hind Rəcəb İsrail tankının pulemyotuyla 300-dən çox atəş açılaraq qətlə yetirilmiş qohumlarının əhatəsində olduqları avtomobildə bir neçə saat qaldıqdan sonra onu xilas etməyə çalışan tibb işçiləri ilə birlikdə öldürülməsi, İsrailin təcridxanalarında fələstinli məhbusların zorlanması və çubuqlarla sodomizasiyası (cinayətkarlar tərəfindən sənədləşdirilmişdir) kimi qorxunc hallar buna misaldır. Əsirlərin bir çoxu işgəncələr nəticəsində təcridxanalarda əzalarını itirmişlər.

Azad Dünyanın qondarma liderləri və onların bir neçə müttəfiqlərinin hakim siyasi elitası və mediası tərəfindən dövrümüzün soyqırımını normal qəbul etməsi və bunu rasionalizə etməsi tarixin görünməmiş hadisələrindəndir. İsraili silah-sursatla təmin edən, onu sanksiyalardan qoruyan və eyni zamanda ekstremist irqçi elementlər tərəfindən idarə olunan İsraillə ortaq dəyərlərə malik olduğunu iddia edən az sayda müttəfiqlərlə bu soyqırımı mümkün edən və ona kömək edənlər insanlıq tarixində görünməmiş bir müttəfiqlikdə ittiham edilirlər. Beləliklə, öz xalqlarının, həmçinin dünyanın qalan hissəsinin etirazlarına və kütləvi aksiyalarının tam əksinə olaraq, bəşəriyyətin şahidi olduğu heyrətamiz bir əməkdaşlıqla İsrailin Fələstindəki apokaliptik qırğınını asanlaşdırır, dəstəkləyir və yardım edirlər.

Tarixən İsrail Birləşmiş Millətlər Təşkilatına, ona legitimlik verən quruma, həmçinin onun Nizamnaməsinə, dünya düzəninə və beynəlxalq hüquqa patoloji bir nifrət bəsləmişdir. BMT-ni və onun rəhbərini təhqir etmək və ona ad qoymaq mədəniyyəti İsraildə dərin kök salıb və bu, onun hobbilərindən biridir, son zamanlar isə onu və bəzi BMT təşkilatlarını İsraildən kənarlaşdırıblar.

Təsəvvür edin ki, bir dövlətin BMT-dəki səfiri onun məhv edilməsi və iqamətgahının sökülməsi üçün çağırış edir, İsrailin BMT-dəki səfiri kimi. İsrailin BMT Baş Assambleyası Təhlükəsizlik Şurası arasında qəbul edilən minlərlə qətnaməyə olan etinasızlığını bir kənara qoysaq, İsrailin onlardan imtina etməsi onu göstərir ki, İsrail beynəlxalq hüquq çərçivəsindən kənarda yerləşən müstəmləkəçi, soyqırımçı və aparteid dövlətidir. BMT-yə bütün bu nifrət və təhqir dolu münasibətlə belə bir dövlətin dünya təşkilatına üzvlüyü dayandırılmalıdır.

Beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə riayət etmədən, Fələstin Dövlətinin və onun paytaxtı Əl-Qüdsün (Şərqi Qüds) qanunsuz işğalına son qoymadan hərtərəfli və uzunmüddətli sülhə nail olmaq mümkün deyil. Soyqırım törədən bir hökumətə qarşı bunu təmin etməyin yeganə yolu BMT tərəfindən İsrailə sanksiyalar tətbiq etməkdir. Soyqırım və etnik təmizləmə cinayətlərini törədənləri Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinin tam gücü ilə üzləşdirmək lazımdır; yalnız o zaman dünya nizamı itirilmiş nüfuzunu bərpa edəcək və iki xalq arasında onların müvafiq dövlətlərində və regionda sülh bərqərar olmaq şansı yaranacaq.

İsraili himayə edən və ona şərik olan dostları uzun müddətdir ki, qəddar müstəmləkəçi, irqçi hərbi işğalını kor-koranə dəstəklədiklərinə görə üzr istəmək üçün immunitet qalxanını qaldıraraq İsraili qanun və insanlıq çərçivəsindən kənarda hərəkət etməyi dayandırmağa məcbur etməlidirlər.

Sonda, kimliyindən asılı olmayaraq bütün günahsız itirilmiş canlara yas tuturuq və bunu səmimi qəlbdən edirik. Mənim fikrimcə irqindən, siyasi və ya dini inanclarından asılı olmayaraq ürəyi döyünən hər bir insan İsrailin Fələstin xalqına qarşı hər gün törətdiyi müharibə cinayətlərinin tam sadizminə və əxlaqsızlığına biganə qala bilməz.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR