Səfir İsrail diplomatlarını qorumaq üçün sarsılmaz öhdəliyə görə Azərbaycana təşəkkür edib

İsrailin Azərbaycandakı səfiri Corc Dik

© APA | İsrailin Azərbaycandakı səfiri Corc Dik

# 22 may 2025 11:26 (UTC +04:00)

İsrail səfirliyinin iki əməkdaşının yaxın məsafədən güllələndiyi Vaşinqtonda yəhudilərin tədbirində törədilmiş dəhşətli terror aktı bizi sarsıtdı.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial media paylaşımında bildirib.

Həyatlarının ən yaxşı çağlarında olan Yaron və Sara gələn həftə nişanlanmalı idi. Mən Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm, - diplomat qeyd edib.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR