Bank Of Baku

Səfir: “Kiyev uğrunda şiddətli döyüşlər davam edir”

Səfir: “Kiyev uğrunda şiddətli döyüşlər davam edir”
# 25 fevral 2022 14:42 (UTC +04:00)

Artıq ikinci gündür Rusiya Ordusu Ukrayna ərazisində müharibə aparır, kütləvi raket zərbələri endirilir”.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski brifinqdə bildirib.

O, Çernobıl AES-in ələ keçirildiyini xatırladıb.

Səfirin sözlərinə görə, Kiyev uğrunda şiddətli döyüşlər davam edir: “Mülki obyektlər hədəf alınır, xəstəxanalara hücum edilir. Biz öz evimizi, ailəmizi müdafiə edirik, ədalət bizim yanımızdadır. Dünya birliyi bu vəziyyətə münasibət bildirməlidir. Bu, Rusiya tərəfdən işğalçılıq aktıdır. Bunun qarşısı alınmalıdır”.

Diplomat Ukraynada ümumi səfərbərlik elan edildiyini vurğulayıb: “Əli silah tutan hər kəs doğma torpaq uğrunda mübarizəyə qalxıb. Torpaq uğrunda döyüşmək şərəfdir. Ukraynalılar vətənpərvərdir”.

Vladislav Kanevski Azərbaycan vətəndaşlarına göstərdikləri həmrəyliyə görə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR