Azərbaycan və Aİ münasibətlərində əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda BMTMM və “Links Europe” fondunun birgə təşkilatçılığı ilə keçirilən “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masada deyib.
“Əlbəttə, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənə bilmərik. Bu il yeni ikitərəfli saziş üzrə danışıqlara başlamışıq və danışıqlar bu ayın sonunda davam etdiriləcək. Biz, həmçinin, "Tərəfdaşlıq prioritetləri"ni müzakirə etmişik və bu sənəd üzrə işlər ilkin olaraq başa çatdırılıb. Bu iki sənəd əməkdaşlığımız üçün müasir və iddialı çərçivə yaradacaq. Buraya təmiz enerji, ticarət, iqtisadiyyatın şaxələndirilməsi, xalqlar arasında təmaslar və bir çox digər sahələr daxildir”, - Aİ səfiri qeyd edib.