Bank Of Baku

Səfir: “Yaponiyanın bir neçə şirkəti azad edilmiş ərazilərdə çalışmaq istəyir”

Cuniçi Vada

© APA | Cuniçi Vada

# 22 fevral 2022 18:52 (UTC +04:00)

“İlk növbədə fürsətdən istifadə edib 44 günlük müharibə zamanı canını qurban verən, həyatını itirən insanlarının ruhunu ehtiramla yad edirəm və onların ailələrinə Yaponiya xalqının Azərbaycandakı nümayəndəsi olaraq başsağlığı verirəm. Bundan sonra bu ərazilərin, azad olunmuş ərazilərin sülh içində inkişafını arzu edirəm”.

APA xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada jurnalistlərə açıqlamasında deyib.

Səfir yapon şirkətlərinin azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərində iştirak etmək istədiyini əlavə edib: “Yapon şirkətləri də bu ərazilərdə tikinti və yenidənqurma işlərində iştirak etmək istərdi. Artıq Yaponiyanın bir neçə şirkəti də yenidənqurma və bərpa işlərində iştirak etmək üçün Azərbaycanla danışıqlar aparır”.

Səfir həmin şirkətlərin Azərbaycandakı əlaqədar qurumlarla fikir mübadiləsi apardığını və layihələri müzakirə etdiyini qeyd edib.

“Mən inanıram ki, bizim şirkətlərin azad olunmuş ərazilərdə fəaliyyəti ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verə bilər”, - səfir Cuniçi Vada vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR