Bank Of Baku

Səfirlik: Türkiyə XİN-in adından hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə dair yayılan açıqlama saxtadır

Səfirlik: Türkiyə XİN-in adından hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə dair yayılan açıqlama saxtadır
# 05 aprel 2025 23:37 (UTC +04:00)

“Bəzi sosial media mənbələri tərəfindən, Azərbaycanda məhkəmə prosesləri davam edən Qarabağdakı keçmiş qondarma erməni administrasiyasının üzvləri ilə bağlı Nazirliyimiz tərəfindən verildiyi iddia edilən açıqlama həqiqəti əks etdirmir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

“Biz ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür əsassız yazıları pisləyirik. Nazirliyimizin rəsmi açıqlamalarını https://www.mfa.gov.tr/aciklamalar-genel.tr.mfa ​​linki vasitəsilə əldə etmək olar”, - deyə vurğulanıb.

Qeyd edək ki, bir sıra erməni sosial media hesablarında Türkiyə Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən feyk xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR