Bank Of Baku

Şentop Qaribaşvili ilə “Dinc Qonşuluq Təşəbbüsü”nü müzakirə edib

Şentop, Qaribaşvili

© APA | Şentop, Qaribaşvili

# 21 fevral 2022 18:47 (UTC +04:00)

Türkiyə parlamentinin sədri Mustafa Şentop Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, görüş zamanı Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinə, eləcə də iqtisadi əlaqələrə diqqət yetirilib.

Söhbət zamanı qeyd olunub ki, mövcud regional layihələr Türkiyə və Gürcüstan arasında effektiv strateji tərəfdaşlığın bariz nümunəsidir.

Görüş zamanı regional məsələlər, eləcə də Gürcüstan Baş nazirinin “Dinc Qonşuluq Təşəbbüsü” layihəsi də müzakirə edilib. Bunun regional əlaqələrin normallaşması və dialoq baxımından vacib platforma olacağı vurğulanıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR