Bank Of Baku

Serbiya Azərbaycanla əməkdaşlığı daha da artırmaq niyyətindədir

Serbiya Azərbaycanla əməkdaşlığı daha da artırmaq niyyətindədir
# 02 sentyabr 2024 13:03 (UTC +04:00)

"Biz Azərbaycanla əməkdaşlığı daha da artırmaq niyyətindəyik”.

APA xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, Azərbaycan və Serbiya xalqı arasında əməkdaşlığın güclənməsi üçün iqtisadi münasibətlərimiz artmalıdır:

“Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Bunun üçün təbrik etmək istəyirəm. Bu gün dünyada müharibələr, iqlim dəyişiklikləri çoxdur. Biz Azərbaycan tərəfindən COP-29-da irəli sürülən təşəbbüslərə töhfə vermək istəyirik”.

O bildirib ki, azərbaycanlı həmkarı ilə akademik mübadilə sahəsində də müzakirə aparıblar:

"Yeni nəsil diplomatlar yetişdirməliyik. Serbiyanın simasında Azərbaycanın çox etibarlı dostu var. Serbiya-Azərbaycan arasında əlaqələri quranlar olub, bundan sonra da bu münasibətlər daha da inkişaf edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR